XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Daha iki boksçumuz MDB Oyunlarınin bürünc medalını təmin etdi
İdman 13:43 / 01.10.2025
III MDB Oyunlarında mübarizə aparan daha iki boksçumuz yarımfinala vəsiqə qazanıb. 
Yevlax Olimpiya İdman Kompleksində keçirilən Oyunların üçüncü günündə rinqə çıxan boksçumuz Əflatun İsmiyev 57 kq çəki dərəcəsində Belarus təmsilçisi Artsiom Pançankaya qalib gəlib. 
Bu çəki dərəcəsində qüvvəsini sınayan digər idmançımız Raul Heydərli isə qazaxıstanlı Ulas Alimzanı üstələyərək yarımfinala yüksəlib. 
Qeyd edək ki, hər iki idmançımız ən azından bürünc medalı təmin edib. 
Xatırladaq ki, bu gün Əli Əliyev də qalib gələrək adını yarımfinala yazdırmışdı. 

534 oxunub

InvestAZ