Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsində II turun daha 9 oyunu keçiriləcək.
Günün ilk iki qarşılaşması Bakı vaxtı ilə 20:45-də start götürəcək. Qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçimiz "Qarabağ" Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq. Eyni saatda Belçikada "Yunion" və İngiltərənin "Nyukasl" klubları üz-üzə gələcək. Günün digər yeddi qarşılaşması isə Bakı vaxtı ilə 23:00-da başlayacaq. Günün maraqla gözlənilən oyunlarından biri İspaniyada "Barselona" və Fransanın PSJ klubları arasında olacaq. "Monako" (Fransa) klubu isə doğma meydanda İngiltərənin "Mançester Siti" (İngiltərə) klubunu qonaq edəcək. Digər oyunlarda Almaniyanin "Borussiya" komandası doğma meydanda İspaniya "Atletik"ini, İtaliyanın "Napoli" klubu isə Portuqaliya "Sportinq"ini sınağa çəkəcək. İspaniyanın " Vilyarreal" komandası İtaliyanın "Yuventus", İngiltərənin "Arsenal" komandası isə Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq. Leverkuzen "Bayer"i (Almaniya) isə Niderlandın PSV komandasını qonaq edəcək.
887 oxunub