XƏBƏR LENTİ
20 Yanvar 2025
19 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
15 Yanvar 2025
13 Yanvar 2025



Bakı-2019-a həsr olunmuş rəsm müsabiqəsinə start verilib
MOK 18:19 / 24.05.2019

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Təhsil Nazirliyinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Olimpiya mədəniyyəti və təhsil” proqramında iştirak edən məktəblər arasında XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş "İdman – sağlamlıq, dostluq, birlik” mövzusunda rəsm müsabiqəsinə start verilib.
Müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən işlərin müəllifləri Təhsil Nazirliyinin və Milli Olimpiya Komitəsinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.
Müsabiqənin yekun sərgisi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində, daha sonra isə Avropa Gənclər Olimpiya Festivalı ərəfəsində Atletlər Kəndində nümayiş etdiriləcək.

199835 oxunub

InvestAZ