XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək
İdman 16:02 / 11.09.2025

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə rapid və blits üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 4-8-də İsveçrə sistemi üzrə təşkil olunacaq ölkə çempionatları 9 turdan ibarət olaraq.

Çempionatda kişilər arasında FIDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən yuxarı olan, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilərlər.

Yarışın ümumi mükafat fondu 10 000 manat təşkil edir. Bu məbləğin 6000 manatı kişilərin, 4000 manatı isə qadınların turnirində oynanılacaq.

Yarış sistemi və turların sayı iştirakçılardan asılı olaraq dəyişə bilər.

Qeyd edək ki, ölkə çempionatlarında ilk 3 yeri tutacaq şahmatçılar Qətərdə keçiriləcək dünya çempionatına ezam olunacaqlar.


13208 oxunub

InvestAZ