XƏBƏR LENTİ
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026



Karlsen ailə həyatı qurmaq istəyir
TV 16:08 / 09.10.2024

Şahmat üzrə 16-cı dünya çempionu, dünya reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen gələcək planlarından danışıb. O, karyerasını başa vurduqdan sonra siyasətçi olmağı planlaşdırmır.

"Düşünürəm ki, mənim üçün siyasətlə bağlı əsas problem təbiətcə özünəqapalı olmağımdır. Ona görə də insanlarla davamlı ünsiyyətdə çətinlik çəkirəm. Mən mütləq ailə həyatı qurmaq istəyirəm. Amma karyeramı bitirdikdən sonra başqa nə edəcəyimi bilmirəm. Mənə elə gəlir ki, konkret məqsədlərə ehtiyacım yoxdur. Amma həyat gözəldir”, - "The Guardian” Karlsenin sözlərindən sitat gətirir.

Xatırladaq ki, daha əvvəl 33 yaşlı Karlsen FİDE-nin rəsmi reytinqinə başçılıq edən ən gənc şahmatçıdır. Reytinqdə birinci pilləyə yüksələn zaman onun 19 yaşı var idi.


51088 oxunub

InvestAZ