XƏBƏR LENTİ
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026



Basketbol əfsanəsi yeni təyyarə alıb
TV 17:15 / 09.10.2024

Əfsanəvi basketbolçu Maykl Cordan dəyəri 70 milyon dollardan artıq olan "Gulfstream G650ER təyyarəsi alıb. Bu barədə idman müxbiri Co Pompliano sosial media səhifəsində məlumat yayıb.

Cordanın satın aldığı "Gulfstream G650ER” fil motivi ilə gümüş və qara rəngə boyanıb. Təyyarənin tünd qırmızı quyruğu ağ rəngli "Jordan” markasının loqosunu əks etdirir. Bu fərdiləşdirmənin dəyərinin təxminən 500 min dollar olduğu bildirilir. Təyyarənin quyruq nömrəsində N236MJ yazılıb. Nömrədəki "23” Cordanın "Çikaqo Bullz”dakı nömrəsi, "6” onun NBA karyerası ərzində qazandığı titulların sayıdır.MJ onun ingilis dilində baş hərfləridir.


52174 oxunub

InvestAZ