XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Çimərlik güləşçimiz Dünya Seriyasının III mərhələsində uğurlu çıxış edib
İdman 11:37 / 08.09.2025
Azərbaycanın çimərlik güləşçisi Vüsal Əliyev (80 kq) Mərakeşdə təşkil olunan Dünya Seriyasının III mərhələsində uğurlu çıxış edib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Kasablanka çimərliyində keçirilən yarışın təsnifat mərhələsində uğurlu çıxış edə güləşçi B qrupuna vəsiqə qazanıb.
Qrupda Keniya, Fransa və Serbiya güləşçilərinə qalib gələn V.Əliyev yarımfinalda yunanıstanlı Xristos Xristoforidisə son saniyələrdə məğlub olub. Güləşçimiz fransalı Huqo Kuenonu üstələyərək bürünc medal qazanıb.
Digər çimərlik güləşçisi İbrahim Yusubov (90 kq) isə qrupda 2-ci yeri tutub və mübarizəni davam etdirə bilməyib.
Qeyd edək ki, yarışda Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında iki güləşçi təmsil edib.

12480 oxunub

InvestAZ