XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Zidanı yeni işinə hazırlayırlar
İdman 16:08 / 09.09.2025

Fransalı məşqçi Zinədin Zidan tezliklə ölkəsinin milli komandasına baş məşqçi təyin olunacaq.

Olimpiyadunyasi.com "Footmercato" portalına istinadən xəbər verir ki,artıq bu barədə hazırlıqlara start verilib.

Qeyd olunur ki, millinin hazırkı baş məşqçisi Didye Deşamın yığma ilə münasibəti elə də yaxşı deyil.
Məlumat üçün bildirək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə Madrid "Real"ına rəhbərlik edib. Bu müddət ərzində Kral Klubu onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqasının qalibi, iki dəfə İspaniya çempionu olub və iki dəfə İspaniya Superkubokunu qazanıb.
Qeyd edək ki, Türkiyə mətbuatı bir neçə gün əvvəl Zidanın "Fənərbaxça" klubuna baş məşqçi təyin olunacağı barədə şaiyələr yazmışdı.


12644 oxunub

InvestAZ