XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
İdman 11:30 / 12.09.2025

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib. İmtahanda Şimal bölgəsindən olan 202 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib.

Sınağı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.


12692 oxunub

InvestAZ