XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib
İdman 10:00 / 10.09.2025
Ötən gecə 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.
D, F, H, I, K qruplarında ümumilikdə 9 qarşılaşma təşkil olunub. D qrupunda yer alan Azərbaycan millisi Bakıda Ukrayna komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra Azərbaycan və Ukrayna komandaları qrupda ilk xalını qazanıb. Fransa yığması İslandiya 2:1 hesabı ilə qalib gəlib. Qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Fransa yığması birinci, 3 xalı olan İslandiya seçməsi isə ikincidir. F qrupunda isə Ermənistan komandası İrlandiyanı 2:1 hesabı ilə məğlub edib. Qrupun digər oyununda isə Portuqaliya millisi çətin Macarıstan səfərindən 3:2 hesablı qələbə ilə ayrılıb. Qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Portuqaliya seçməsi F qrupunda birinci, Ermənistan isə 3 xalla ikincidir. Macarıstan və İrlandiya komandaları isə müvafiq olaraq, hərəyə bir xal toplayaraq üçüncü, dördüncü yerləri bölüşürlər. H qrupunda Kipr millisi Rumıniya ilə 2:2 hesablı bərabərliyə qalıb. Bosniya və Herseqovina millisi isə doğma meydanda Avstriyaya 1:2 hesabı ilə məğlub olub. Bosniya və Herseqovina, Avstriya 12 xalla birinci, ikinci yerləri bölüşürlər. Rumıniya 7 xalla üçüncü, Kipr isə 4 xalla dördüncüdür. Keçirdiyi bütün oyunlarda məğlub olan San Marino millisi isə sonuncudur.
Gecənin ən böyükhesablı qələbəsi Norveçdə qeydə alınıb. I qrupunda yer alan Norveç komandası Moldovaya 11:1 hesabı ilə qalib gələrək xallarının sayını 15-ə çatdırıb və liderliyini möhkəmləndirib. İtaliya və İsrail milliləri isə 9 xalla ikinci, üçüncü yerləri bölüşürlər. Estoniya üç xalla dördüncü, Aktivində xalı olmayan Moldova isə sonuncudur.
K qrupunda isə İngiltərə millisi Serbiya səfərindən 5:0 hesablı qələbə ilə qayıdıb. Albaniya və Latviya komandalarının oyununda isə meydan sahibləri minimal hesablı qələbəyə sevinib -1:0. Bu nəticə ilə İngiltərə komandası 15 xalla birinci, Albaniya 8 xalla ikinci, Serbiya isə 7 xalla üçüncüdür. Dördüncü pillədə qərarlaşan Latviyanın aktivində 4 xal var. Bütün görüşləri məğlubiyyətlə başa vuran Andorra isə sonuncudur.
11581 oxunub

InvestAZ