XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Paytaxtda yeni cüdo məkanı istifadəyə verildi
İdman 11:49 / 08.09.2025
Bakıda yeni cüdo zalı istifadəyə verilib.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, "Lion" klubunun yeni zalının açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov, ACF-in İcraiyyə Komitəsinin üzvü, daxili yarışlar üzrə menecer Ağayar Axundzadə, kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədov, tanınmış idmançılar və qonaqlar iştirak ediblər.
Zal ACF tərəfindən müasir standartlara uyğun tatamilərlə təchiz edilib. Ümumi sahəsi 300 kv.m olan məkanda valideynlər üçün gözləmə zonası, eləcə də məşqçi və paltardəyişmə otaqları mövcuddur.
Zalda eyni vaxtda 50 idmançının cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.

12792 oxunub

InvestAZ