XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Çempionlar Liqası: Bu gün "Qarabağ" Kopenhagen"lə qarşılaşacaq
İdman 08:01 / 01.10.2025

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar keçiriləcək.

Bu gün Azərbaycan çempionu "Qarabağ" da növbəti oyununa çıxacaq. "Köhlən atlar" BakıdaTofiq Bəhramov adına Respublika Stadionunda Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcək. Bakı vaxtı ilə 20:45-də başlayacaq oyunu Niderlandlı hakim Serdar Gözübuyuk idarə edəcək.

Xatırladaq ki, Qurban Qurbanovun komandası ilk turda Portuqaliya səfərində "Benfika"ya 3:2 hesabı ilə qalib gəlmişdi.


673 oxunub

InvestAZ