Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti qələbəsini qazanıb.
Parislilər İspaniyada "Barselona"ya 2:1 hesabı ilə qalib gəlib. Oyunda hesab 19-cu dəqiqədə açılıb. "Barselona"nın futbolçusu Fernando Torres komandasını hesabda önə keçirib. Lakin 38-ci dəqiqədə Mayulu hesabı bərabərləşdrib Qarşılaşmanın 90-cı dəqiqəsində isə Qonsalo Ramoş PSJ-yə qələbə qazandıran qolun müəllifi olub. Beləliklə, Luis Enrikenin komandası ardıcıl ikinci oyunda qələbə qazanaraq xallarının sayınl 6-ya çatdırıb. .