XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Daha iki boksçumuz MDB Oyunlarının yarımfinalında
İdman 15:47 / 01.10.2025
III MDB Oyunaları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində keçirilən boks yarışlarında 1/4 final görüşləri davam edir. 
Oyunlarda mübarizə aparan daha iki idmançımız adını yarımfinala yazdırıb. Çəkisi 60 kq olan idmançıların yarışında Toğrul Quliyev (60 kq) Türkmənistan təmsilçisi Muhammetemi Begenyova qalib gəlib. 
Bu çəki dərəcəsində qüvvəsini sınayan digər idmançımız Şahin Aslanov isə tacikistanlı Yusuf Qurbonovu məğlub edərək yarımfinala yüksəlib. 
Çəkisi 80 kq olan idmançıların mübarizəsində çıxış edən Turqay Abbasov isə 1/4 finalda Belarus təmsilçisi Maksim Rumiantsauya məğlub olub. 
Qeyd edək ki, bu gün Əli Əliyev (48 kq), Əflatun İsmiyev və Raul Heydərli (hər ikisi 57 kq) də rəqiblərini məğlub edərək yarımfinala yüksəliblər. Yarımfinala vəsiqə qazanan idmançılar ən azı bürünc medalı təmin ediblər. 


  

771 oxunub

InvestAZ