XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Çempionlar Liqası: Liqa mərhələsində ikinci tura start verildi
İdman 02:44 / 01.10.2025
Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində II turun oyunlarına start verilib.

İlk oyun günündə doqquz qarşılaşma təşkil olunub.

Günün ilk oyunlarında İspaniya təmsilçisi "Real Madrid" Qazaxıstanda "Kayrat"a 5:0, İtalyanın "Atalanta" komandası isə Belçikanın "Brügge" klubuna 2:1 hesabı ilə qalib gəlib. Günün digər maraqla gözlənilən oyunu Türkiyədə baş tutub. "Qalatasaray" İstanbulda İngiltərənin "Liverpul" klubuna minimal hesabla qalib gəlib -1:0. İspaniyanın "Atletiko" komandası Almaniyanın "Ayntraxt" klubunu 5:1, "Çelsi" (İngiltərə) isə "Benfika"nı (Prtuqaliya) minimal hesabla (1:0) məğlub edib. "İnter" (İtaliya) doğma meydanda "Slaviya" (Çexiya) klubunu 3:0, Fransanın "Marsel" komandası isə Niderland "Ayaks"ını 4:0 hesabı ilə üstələyib. Gecənin digər böyükhesablı qələbəsi Kiprdə qeydə alınıb. "Pafos" klubu doğma meydanda Almaniya nəhəngi "Bayern Münhen" klubuna 5:1 hesabı ilə məğlub olub. Norveçin "Budyo Qlimt" klubu isə doğma azarkeşlər önündə Avropa Liqasının ötənilki qalibi "Tottenhem"lə bərabərliyə qalıb -2:2.

Qeyd edək ki, II turun digər doqquz oyunu bu gün təşkil olumacaq.

737 oxunub

InvestAZ