XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Karri qardaşları eyni klubda oynayacaqlar
İdman 10:57 / 02.10.2025

"Qolden Steyt Uorriors" rəhbərliyi Set Karri ilə bir mövsümlük müqavilə imzalayıb. 

Bu barədə şimali amerikalı jurnalist və ESPN insayderi Şəms Çaraniya sosial şəbəkədəki səhifəsində məlumat verib.

Qeyd edək ki, 35 yaşlı Set həm də "Qolden Steyt”də çıxış edən ulduz mühafizəçi Stiven Karrinin kiçik qardaşıdır.
Set keçən mövsümü «Şarlotta Hornets»də keçirib. O, əvvəlki komandasında hər oyuna 15,6 dəqiqə orta hesabla 6,5 xal və 1,7 ribaund yığıb. Set həm də üç nöqtəli vuruşu ilə məşhurdur.


521 oxunub

InvestAZ