Azərbaycanın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.
Qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçimiz Bakıda Tofiq Bəhramov adına Respubika stadionunda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib. Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesab 28-ci dəqiqədə Zubirin qolu ilə açılıb. Qarşılaşmanın 84-cü dəqiqəsində isə Emmanuel Adday fərqi iki topa çatdırıb. Beləliklə, ardıcıl ikinci oyunda da qələbə qazanan Qurban Qurbanovun komandası xallarının sayını 6-ya çatdırıb.
524 oxunub