XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Gimnastlarımız MDB Oyunlarında mübarizəyə başlayıblar
İdman 22:15 / 01.10.2025

III MDB Oyunlarında batut gimnastikası üzrə yarışa start verilib.

Yarışın ilk günündə qadınlar və kişilər fərdi proqramda təsnifat mərhələsində çıxış ediblər.

Azərbaycanı qadınların fərdi proqramında Almaniyada dünya rekordunu yeniləmiş Selcan Mahsudova, həmçinin Şəfiqə Hümbətova və Vəfa Əlisultanova, kişilər arasında isə Nicat Mirzəyev, Əli Niftəliyev, Maqsud Mahsudov və Mehdi Əliyev təmsil edirlər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən qadınlar arasında finala Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus və Rusiya, kişilər arasında isə Belarus, Rusiya və Azərbaycan idmançıları vəsiqə qazanıblar.

Qeyd edək ki, final mərhələsində ölkəmizi qadınların fərdi proqramında Selcan Mahsudova, komanda yarışlarında isə Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova, kişilər arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov və Nicat Mirzəyev təmsil edəcək.


679 oxunub

InvestAZ