XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



XVI Avropa Gənclər Yay Olimpiya Festivalı da təxirə salındı
Olimpiya Hərəkatı 15:08 / 08.05.2020
Slovakiyada 2021-ci ildə keçirilməsi planlaşdırılan Avropa Gənclər Yay Olimpiya Festivalı 2022-ci ilə təxirə salınıb.
Bu barədə Avropa Olimpiya Komitələrinin mətbuat xidməti məlumat yayıb. Festival 2022-ci il iyulun 24-dən 30-dək Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək. Yarışın əvvəlcə 2021-ci il iyulun 25-dən 31-dək keçirilməsi planlaşdırılırdı. Festival təşkilatçıları tədbirin tarixinin Tokio Yay Olimpiya Oyunları ilə üst-üstə düşməməsi üçün onu təxirə salmağı qərara alıblar.
Slovakiyada keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında 50 ölkəni təmsil edəcək 3 minə yaxın idmançının iştirakı planlaşdırılır. Festival 1991-ci ildən təşkil olunur və hər iki ildən bir keçirilir.​ Azərbaycanın paytaxtı Bakı şəhəri 2019-cu ildə XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edib.

56706 oxunub

InvestAZ