XƏBƏR LENTİ
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Milan-Kortina-2026: İdmançımız İtaliyada mübarizəyə başlayır
İdman 14:45 / 09.02.2026

İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə yarışlar davam edir.

XXV Qış Olimpiya Oyunlarında ölkəmizin idman şərəfini qoruyan fiqurlu konkisürənimiz Vladimir Litvintsev sabah ilk yarışına start verəcək.

Şef-de-mission Anar Bağırovun verdiyi məlumata görə, idmançımızın ilk çıxışı sabah Bakı vaxtı ilə saat 18:30-da qısa proqram üzrə baş tutacaq.

Yarış öncəsi hazırlıq prosesi barəsində də danışan Anar Bağırov bildirib ki, idmançımız tam gücü ilə mübarizəyə köklənib:

"Vladimir hazırda çox gərgin və intizamlı məşq edir. O, gündə iki dəfə -həm səhər, həm də axşam olmaqla buz üzərinə çıxaraq öz proqramını təkmilləşdirir. Fiziki və psixoloji vəziyyəti qaydasındadır. İtaliyadakı Olimpiya kəndində komandamız üçün hər bir şərait yaradılıb və biz sabahkı çıxışı həyəcanla gözləyirik”

Qeyd edək ki, fiqurlu konkisürənimiz Vladimir Litvintsev fevralın 13-də sərbəst proqramda, Kortina Ampetso şəhərində isə idmançımız Anastasiya Papatoma dağ xizəyi üzrə yarışlarda fevralın 18-də öz qüvvəsini sınayacaq.


268 oxunub

InvestAZ