XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026



Məşhur futbolçu Olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edib
İdman 16:58 / 06.02.2026

İtaliyanın futbol tarixində özünəməxsus iz qoymuş, "Milan” klubunun və İsveç milli komandasının keçmiş hücumçusu Zlatan İbrahimoviç Milan–Kortina Qış Olimpiya Oyunları ilə bağlı keçirilən məşəl mərasiminin əsas simalarından biri olub.

Əfsanəvi futbolçu Milanda Olimpiya məşəlini daşıyaraq mərasimə xüsusi rəng qatıb.

Budəfəki Olimpiya Oyunları tarixə daha bir yeniliklə düşüb. Belə ki,ilk dəfə olaraq iki Olimpiya məşəli eyni vaxtda alovlandırılıb. Məşəllərdən biri Milanda şəhərin rəmzlərindən sayılan Sülh Tağının ətrafında, digəri isə Kortina Ampetsoda Piatsa Dibona meydanında yerləşdirilib.

Qeyd edək ki, Milan-Kortina-2026Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi bu gün saat 23:00-da Milandakı məşhur "San Siro” stadionunda başlayacaq.


3856 oxunub

InvestAZ