XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Milan-Kortina-2026: Azərbaycan nümayəndə heyətinin paraddakı sıra nömrəsi müəyyənləşdi  
İdman 11:04 / 06.02.2026

Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.

Olimpiyadunyasi.com xəbər verir ki, "San Siro” stadionunda təşkil olunacaq mərasimdə Azərbaycan nümayəndə heyəti paraddan 92 ölkə arasında 11-ci sırada keçəcək.

Mərasimdə üçrəngli bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq.

Qeyd edək ki, Yunanıstan komandası paraddan ənənəvi olaraq birinci, ev sahibləri isə sonuncu keçəcək.

Açılış mərasimi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, fevralın 22-dək davam edəcək Oyunlarda Azərbaycan komandasıiki idmançı ilə təmsil olunacaq. Təmsilçilərimizdən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom (giant slalom), 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq.



3069 oxunub

InvestAZ