XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026



Lisenziya yarışı 3 medalla başa çatdı
Olimpiya Hərəkatı 12:22 / 08.04.2022
Azərbaycanın boccia idman növü üzrə qadın paralimpiyaçısı Sona Ağayeva (BC-2) Xorvatiyanın Zaqreb şəhərində keçirilən "Intercontinental Challenger” çempionatında final görüşünə çıxıb.
O, həlledici qarşılaşmada portuqaliyalı Ana Korreya ilə üz-üzə gəlib. Rəqibini məğlub edən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan paralimpiyaçıları lisenziya turnirini 3 medalla başa vurublar. Daha əvvəl Bəhruz Mirzəyev (BC-4) birinci, Orxan Kərimov (BC-2) isə ikinci yeri tutub.
Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

159935 oxunub

InvestAZ