XƏBƏR LENTİ
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



BOK prezidenti Milanda Olimpiya məşəlini daşıyıb
İdman 21:08 / 06.02.2026

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri XXV Qış Olimpiya Oyunlarının açılış mərasimindən əvvəl keçirilən Milan-Kortina-2026 məşəl estafeti zamanı ilk dəfə BOK prezidenti kimi Olimpiya məşəlini daşıyıb.

Üzgüçülük üzrə yeddiqat Olimpiya medalçısı olan Kristi Koventri məşəliBOK-un üzvü və Monreal-1976 Olimpiadasının bürünc medalçısı avarçəkən Anita De Frantsdan qəbul edib.

BOK prezidenti ABŞ-dan olan məşhur avarçəkən De Frants haqqında danışaraq bildirib: "Onunla qürur duyuram. O, dünyada qadın liderlər üçün həqiqətən yol açıb. Onun burada olması və həmin anı birlikdə paylaşmağımız çox gözəl idi".

Qeyd edək ki, məşhur "San Siro” stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və bununla da Oyunlar rəsmi olaraq açıq elan ediləcək.


252 oxunub

InvestAZ