XƏBƏR LENTİ
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026



Yeniyetmə boksçular Masallıda bir araya gəliblər
İdman 15:23 / 02.02.2026

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmələr arasında boks üzrə Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib. 

Masallı Regional Boks Mərkəzində keçirilən və iki gün davam edən yarışın təşkilində əsas məqsəd rayonda yeniyetmələr arasında boks idman növünün inkişafı, gənc idmançıların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, onları sağlam həyat tərzinə cəlb edilməsi, eləcə də perspektivli idmançıların aşkara çıxarılması olub.

Birincilikdə Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri müxtəlif çəki dərəcələri üzrə gərgin mübarizə apararaq qalib gələn boksçulara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar verilib. 


130 oxunub

InvestAZ