İdman 15:54 / 02.02.2026
Xizəklətullanma üzrə üçqat polşalı Olimpiya çempionu (2014, 2018) Kamil Stox Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimində ölkəsinin bayrağını daşıyacaq.
Olimpiyadunyasi.com BOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu missiyanı Soçi-2014 Olimpiadasında konkisürmə yarışlarının gümüş medalçısı Nataliya Çervonka ilə birlikdə yerinə yetirəcək.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarının açılış mərasimifevralın 6-da Milandakı "San Siro” stadionunda keçiriləcək.