XƏBƏR LENTİ
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



Basketbol hakimlərimiz mövsümortası fiziki testdən uğurla keçiblər
İdman 16:32 / 22.01.2026

Azərbaycan Basketbol Federasiyasının (ABF) beynəlxalq dərəcəli hakimləri mövsümortası fiziki testdən uğurla keçiblər.

ABF-dən verilən məlumata görə, beynəlxalq dərəcəli hakimlər mövsümün ortasında keçirilən qaçış testini uğurla tamamlayaraq, yay mövsümündə FIBA turnirlərində iştirak etmək hüququ qazanıblar.

Test FIBA-nın Azərbaycandakı milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.

Qeyd edək ki, testə ABF-nin müxtəlif liqalarında fəaliyyət göstərən hakimlər də cəlb olunub.


2786 oxunub

InvestAZ