XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



AMADA-nın İcraçı direktoru WADA-nın beynəlxalq forumunda iştirak edib
İdman 12:18 / 28.01.2026
Özbəkistanın paytaxtı Daşkənddə Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən "Qlobal antidopinq idarəçiliyinin gücləndirilməsi: Uyğunlaşdırma, ardıcıllıq və regional əməkdaşlıq" mövzusunda beynəlxalq forum təşkil olunub.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin İcraçı direktoru Təhminə Tağı-zadə təmsil edib.
Açılış mərasimində WADA-nın prezidenti Vitold Banka, Özbəkistan Respublikasının idman naziri Adham İkromov və milli antidopinq agentliyinin direktoru Abduşukur Sodikov çıxış ediblər.
Forumda qarşıdakı illərdə həyata keçiriləcək prioritet vəzifələr müəyyən edilib. Xüsusilə, WADA Məcəlləsinin tələblərinə tam uyğunluq, idmançıların sağlamlığının və hüquqlarının qorunması məsələlərinə xüsusi diqqət yetirilərək müzakirələr aparılıb.
Beynəlxalq forum çərçivəsində hər bir ölkənin nümayəndələri öz təcrübələri, nailiyyətləri və mövcud problemləri barədə məlumat verib, dopinqə qarşı mübarizədə əməkdaşlıq üçün effektiv yollar və imkanları təhlil ediblər.
Tədbirdə 200-dək hökumət rəsmisi, milli antidopinq təşkilatının rəhbəri, yüksək ixtisaslı mütəxəssis və beynəlxalq ekspert iştirak edib.


5686 oxunub

InvestAZ