İdman 11:20 / 23.01.2026
Bu gün futbol üzrə Misli Premyer Liqasında XVII turun oyunlarına start veriləcək.
2026-cı ilin ilk matçı "Araz-Naxçıvan" və "İmişli" komandaları arasında olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun saat 14:30-da start götürəcək. Günün digər oyununda"Neftçi" klubu "Zirə"ni qəbul edəcək. Oyunun start fiti saat 19:00-da başlayacaq.
Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.