İdman 14:40 / 05.02.2026
Lənkəran Olimpiya İdman Kompleksində həndbol üzrə 2012-2013-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında rayon birinciliyinə start verilib.
Bu barədə Azərbaycan Həndbol Federasiyasından (AHF) məlumat verilib.
AHF-nin dəstəyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Lənkəranın ümumtəhsil məktəblərini təmsil edən 16 komanda mübarizə aparır.
İki gün davam edəcək yarışın qaliblərinə kubok və diplomlar təqdim olunacaq.