İdman sahəsində uğur qazanan məktəblilər Milli Olimpiya Komitəsində təltif olundu
İdman 13:06 / 03.02.2026
Fevralın 3-də Milli Olimpiya Komitəsinin inzibati binasında 2025-ci ildə respublika və beynəlxalq idman yarışlarında uğur əldə etmiş məktəblilərin təltifetmə mərasimi keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, sektorun əməkdaşları, Atletlər Komissiyasının üzvləri, Olimpiya çempionları, yüksək nəticələr göstərmiş məktəblilər, həmin məktəblərin direktorları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizinəziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca tədbirin aparıcısı 2025-ci il ərzində məktəblilərin idman sahəsində qazandıqları yerli və beynəlxalq uğurlar barədə qısa məlumat verib.
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məktəblilərin idmanda qazandıqları nailiyyətlərin Azərbaycan idmanınıngələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, bu zalda ölkəmizin ən güclü idmançıları, dünya, Avropa və Olimpiya çempionları və mükafatçıları təltif olunublar. "Bu gün məktəbli gənclər mükafatlandırılır. Gələcəyin Olimpiya çempionlarıməhz bu gənclərin fəaliyyətindən asılıdır. Bir müddət sonra həmin məktblilər Azərbaycanı daha məsuliyyətli və nüfuzlu yarışlarda təmsil edəcəklər ki, bu da ölkə idmanının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Məktəbli gənclər dərk etməlidirlər ki, idman yalnız hobbi deyil, eyni zamanda sağlam həyat tərzinin formalaşması, vətənpərvərlik ruhunun güclənməsi və fiziki inkişafın əsas göstəricisidir”, - deyə Çingiz Hüseynzadə qeyd edib.
Sonda Çingiz Hüseynzadə təltif olunan idmançıları təbrik edib və belətədbirlərin onların gələcək uğurlarının formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev çıxışında məktəblilərin idmana marağının artırılmasının, məktəbdənkənar fəaliyyətlərin təşkili və müəllimlərin bu prosesdə rolunun xüsusi əhəmiyyət daşıdığını bildirib. O, idmanın təhsil sistemindəki yerindən bəhs edərək, gənclərin formalaşmasında və şəxsiyyət kimi yetişməsində ən vacib amillərdən biri olduğunu qeyd edib.
Çıxışlardan sonra 2025-ci ildə respublika və beynəlxalq idman yarışlarında uğur əldə etmiş 30 nəfər məktəbliyə plaket və hədiyyələr təqdim olunub.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
167 oxunub