İdman 20:23 / 09.02.2026
Avstriya yığmasının heyətində yer alan 52 yaşlı snoubordçu Klaudiya Riqler paralel nəhəng slalom yarışlarında finalavəsiqə qazanıb.
Olimpiyadunyasi.com xəbər verir ki, o, 1:35.43 nəticə ilə 16-cı yeri tutaraq, Olimpiya yarışlarının 1/8 finalına vəsiqə qazanan sonuncu idmançı olub. Bu məsafədə çexiyalı üçqat Olimpiya çempionu Ester Ledeçka bütün rəqiblərini qabaqlayıb - 1:30.79.
Məlumat üçün bildirək ki, Klaudiya Riqler Dünya Kubokunda debütünü 1994-cü ildə edib. O, dünya çempionu tituluna 2015-ci ildə 41 yaşında yiyələnib.