XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



“Sabah” və “Ordu” liderliyini davam etdirir
İdman 09:10 / 09.02.2026
Azərbaycan Basketbol Liqasında (ABL) 16-cı turun görüşləri keçirilib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "A" qrupunda "Gəncə" klubu NTD 104:85 hesabı ilə qalib gəlib. "Şəki" "Abşeron Lions"a (85:92), "Neftçi" isə "Sabah"a (79:98) məğlub olub.
"B" qrupunda keçirilən oyunlarda isə "Sumqayıt" "Lənkəran"dan üstün olub -102:77. "Quba" komandası "Sərhədçi” üzərində 97:89 hesablı qələbə qazanıb. Qrupun lideri "Ordu" isə səfərdə "Naxçıvan" kollektivini üstələyib -92:95.
Qeyd edək ki, 16 turdan sonra "A" qrupunun vahid lideri "Sabah", "B" qrupunun vahid lideri isə "Ordu" klubudur.


2175 oxunub

InvestAZ