XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026



Bakıda keçiriləcək dünya çempionatına daha iki komanda vəsiqə qazandı
İdman 11:52 / 09.02.2026
Argentinada başa çatan Cənubi Amerika çempionatının nəticələrinə əsasən, bu ilin iyununda Azərbaycanda təşkil olunacaq çövkən üzrə dünya birinciliyində iştirak edəcək növbəti yığmalar müəyyənləşib.
Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən qitə turnirinin qalibi olan Uruqvay və ikinci yeri tutan Çili komandaları Bakıdakı yarışda iştirak hüququ əldə ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışın final qarşılaşmasında Uruqvay yığması Çili komandasını 3:2 hesabı ilə məğlub edərək qitə çempionu adını qazanıb. Üçüncü yer uğrunda keçirilən oyunda isə Argentina Kolumbiyaya eyni hesabla qalib gələrək bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, çövkən üzrə II dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək. Mundialda ümumilikdə 9 komandanın iştirakı gözlənilir. Bir komanda isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq.


3544 oxunub

InvestAZ