XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Azərbaycan karateçilərindən 6 medal 
İdman 09:42 / 09.02.2026
Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyi keçirilib.
Nüfuzlu turnirdə 50-yə yaxın ölkədən təxminən 1500 idmançı iştirak edib.
Azərbaycan karateçiləri yarışda 27 idmançı ilə təmsil olunublar. Milli komandamız Avropa birinciliyində 6 medal qazanıb.
Yarışın ilk günlərində Azərbaycan karateçiləri 4 bürünc medal əldə ediblər. Belə ki, Salman Salmanov kata növündə, Cansu Əhmədzadə (66 kq), Rəvan Abasov (61 kq) və Aslan Dostuyev (60 kq) isə gənclər arasında üçüncü yeri tutublar.
Fevralın 8-də keçirilən final görüşlərində isə Azərbaycan komandası medal hesabını daha da artırıb. Ələddin Məlikov 68 kq) gənclər arasında qızıl, Vüsal Qənbərov (55 kq) gümüş medal əldə edib.
Beləliklə, Limassolda keçirilən Avropa birinciliyində Azərbaycan karateçiləri 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.
2472 oxunub

InvestAZ