XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026



Paytaxtımız daha bir beynəlxalq turnirə ev sahibliyi etdi
İdman 12:03 / 09.02.2026
Bakıda keçirilən badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turnirinə yekun vurulub. 33 ölkədən 347 idmançının iştirak etdiyi "International Challenge” kateqoriyalı yarışın son günündə beş kateqoriya üzrə qaliblər müəyyənləşib.
Azərbaycan Texniki Universitetinin İdman Sarayında təşkil olunan turnirin kişilər arasında şəxsi yarışında polşalı Dominik Kvinta, qadınlarda isə hindistanlı Devika Sihaq bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.
Kişi badmintonçuların qoşa yarışında İngiltərə təmsilçiləri Aleks Qrin - Zaks Russ tandemi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadınların qoşa mübarizəsində Yaponiya cütlüyü - Miku Suqiyama və Natsumi Takasaki turnirin qalibi olub.
Qarışıq qoşa kateqoriyasında isə Hindistan idmançıları Satvik Reddi Kanapuram - Radhika Şarma tandemi qızıl medala yiyələnib.
Turnirin qalib və finalçıları medal, eləcə də pul mükafatları ilə təltif ediliblər. Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov iştirak ediblər.


3353 oxunub

InvestAZ