XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Cüdoçularımız Parisdən bir dəst medalla qayıdırlar
İdman 10:05 / 09.02.2026
Fevralın 7-8-də Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə” turniri keçirilib.
78 ölkədən 488 (299 kişi, 189 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası 8 kişi cüdoçu ilə təmsil olunub. Komandamız yarışı bir dəst medalla başa vurub. Təmsilçilərimizdən Balabəy Ağayev (-60 kq) ilk yarış günündə bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Həmin gün tatami üzərinə çıxan digər cüdoçumuz Ruslan Paşayev (66 kq) isə bürünc medala sahib çıxıb. Yarışların ikinci – sonuncu günündə isə Zelim Tçkayev (-81 kq) gümüş medala yiyələnib. Beləliklə, turniri 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vuran millimiz ümumu medal sıralamasında üçüncü, kişilər arasında isə ikinci yeri tutub.


2213 oxunub

InvestAZ