XƏBƏR LENTİ
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



Azərbaycanlı pilot Formula 4 avtomobili ilə ilk təcrübəsini yaşayıb
İdman 15:49 / 09.02.2026

Azərbaycanlı yeniyetmə pilot Davin Cəfərov "Formula Winter Series” yarışına dəvət alıb.

O, Portuqaliyanın Portimao trekində Formula 4 avtomobili ilə ilk rəsmi test sessiyasını keçirib.

Pilot yağışlı və çətin şəraitdə baş tutan sessiyada debüt etməsinə baxmayaraq, test gününü qəzasız başa vurub və 224 kilometr/saat maksimal sürətə çatıb.

Davinin avtomobilə nəzarəti və soyuqqanlı çıxışı komanda rəhbərliyi və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.


161 oxunub

InvestAZ