XƏBƏR LENTİ
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



Fiqurlu konkisürənimiz Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır
İdman 12:42 / 10.02.2026
İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə idman növü üzrə yarışlar keçiriləcək.
Olimpiyadunyasi.com xəbər verir ki,  təmsilçilərimizdən Vladimir Litvintsev bu gün fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək.
Milan şəhərində yerləşən "Mediolanum Forum" arenasında təşkil olunacaq yarışlar saat 18:30-da (Bakı vaxtı ilə 21:30) başlayacaq.
Bu gün həmçinin dağ xizəyi, biatlon, xizəksürmə, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, kirşə, xizək ikinövçülüyü, qısa proqramda sürətli konkisürmə, skeleton, xizəklə tramplindən tullanma üzrə yarışlar keçiriləcək.
Qeyd edək ki, Vladimir Litvintsev fevralın 13-də sərbəst proqramda, Kortina Ampetso şəhərində isə idmançımız Anastasiya Papatoma dağ xizəyi üzrə yarışlarda fevralın 18-də öz qüvvəsini sınayacaq.

223 oxunub

InvestAZ