XƏBƏR LENTİ
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



İtaliya idmançıları Tokio-2020 neytral statusda çıxış edəcək?
Olimpiya oyunları 15:07 / 06.01.2021
İtaliya idmançıları Tokio-2020 Yay Olimpiya Oyunları öncəsi sanksiya ilə üzləşə bilərlər. Bu barədə İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo "Rai" telekanalına açıqlamasında deyib. Onun sözlərinə görə, idmançılar bu yay keçirilməsi nəzərdə tutulan olimpiadada neytral statusda iştirak bilərlər.

Buna səbəb ölkədə yerli olimpiya komitəsinin işinə müdaxilə edə biləcək yeni dövlət orqanının yaradılmasıdır. Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu qurumun təsis olunmasından narazıdır. Çünki hökumətin milli komitələrin işinə müdaxiləsi qadağandır. BOK prezidenti Tomas Baxın bir neçə dəfə İtaliyanın idman naziri ilə görüşdüyü, amma bunun heç bir nəticə vermədiyi bildirilir.

Qeyd edək ki, daha əvvəl Rusiya idmançılarına 2022-ci il dekabrın 16-dək beynəlxalq irimiqyaslı yarışlarda, həmçinin olimpiada və dünya çempionatlarında öz ölkələrinin bayrağı altında çıxış etmək qadağan edilib.

56721 oxunub

InvestAZ