XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



"Özümü qalib ölkənin qalib döyüşçüsü hesab edirəm" - Video
Olimpiya oyunları 14:21 / 02.07.2023
Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb.

Görüş başa çatdıqdan sonra idmançımız öz fikirlərini həmkarlarımızla bölüşüb.
" Qeyd edim ki, əsas diqqəti italiyalı idmançıya yönəltmişdim. Şükürlər olsun ki, istəyimə çatdım. Avropa Oyunlarında medal qazanmağa müvəffəq oldum. Mən 44 günlük Vətən müharibəsində iştirak etmişəm. Özümü qalib ölkənin qalib döyüşçüsü hesab edirəm", - deyə Fərid Ağamoglanov bildirib.
Xatırladaq ki, full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.
Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.




83720 oxunub

InvestAZ