XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Böyük dəbilqə”: cüdoçularımız ilk günü medalsız başa vurdular
Olimpiya oyunları 20:56 / 05.02.2022
Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə” turniri keçirilir. 52 ölkədən 285 idmançının iştirak etdiyi turnirdə Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar.
Bu gün keçirilən yarışın ilk günündə tatami ustalarımız da mübarizəyə başlayıblar. Turnirinin birinci günü komandamız üçün uğursuz olub.
Yığmamızın üzvü Kəramət Hüseynov (60 kq) ilk görüşündə Daouda Dabone (Kot d’ivuar), növbəti mərhələdə monqolustanlı Ariunbold Enkhtaivana qalib gələrək yarımfinala yüksəlsə də, bu mərhələdə yaponiyalı Ryuju Nagayamaya uduzub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə də gürcüstanlı Jaba Papinaşviliyə məğlub olaraq medalsız qalıb.
Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov ilk qarşılaşmada fransalı Benjamin Axusa məğlub olub. Həmin çəkidə turnirə qatılan daha bir təmsilçimiz - Hidayət Heydərovun da çıxışı uğursuz olub. Belə ki, o, Fransanın digər cüdoçusu Theo Riquinə qalib gəlsə də, sonrakı mərhələdə qambiyalı Faye Njieyə uduzub.
Qeyd edək ki, Azərbaycan iki gün davam edəcək bu nüfuzla yarışda 6 cüdoçu ilə təmsil olunur.


23722 oxunub

InvestAZ