XƏBƏR LENTİ
18 Sentyabr 2025
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025



Avropa kubokunda ölkəmizi 11 cüdoçu təmsil edəcək
İdman 18:18 / 11.10.2021
Oktyabrın 16-da Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa kuboku keçiriləcək. 26 ölkədən 300-ə yaxın cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. İki gün davam edəcək yarışda ölkəmizi 11 idmançı təmsil edəcək. Turnirdə kişilər arasında Rəşad Baxşəliyev, Sənan Əhmədov (60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (66 kq), Zaməddin Poladov, Rüfət Şovlatov (73 kq), Ömər Rəcəbli, Kərim Məmmədov, Məhərrəm İmamverdiyev (81 kq), Rüfət İsmayılov (90 kq) və Ruslan Nəsirli (100 kq) mübarizə aparacaqlar.
26355 oxunub

InvestAZ