XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Gənc cüdoçularımız dünya çempionatında uğurla çıxış etdilər
İdman 10:17 / 11.10.2021
İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı keçirilib. 72 ölkədən 490 (282 oğlan, 208 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Cüdoçularımız turniri bir gümüş və bir bürünc medalla başa vurublar.
Komandamıza gümüş medalı 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov qazandırıb. İdmançımız həlledici final görüşündə gürcüstanlı cüdoçu Giorgi Sardalaşviliyə məğlub olub.
Yığmamızın digər üzvü Elcan Hacıyev (81 kq) isə bürünc medala sahib çıxıb. Cüdoçumuz yarımfinaladək uğurla irəliləsə də, bu mərhələdə rusiyalı idmançı Adam Tseçoyevə məğlub olub. Bürünc medal uğrunda görüşdə rəqibi qazaxıstanlı Ayan Bayqaziyə ipponla qalib gələn E.Hacıyev dünya çempionatını üçüncü pillədə başa vurub.

24767 oxunub

InvestAZ