XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında
Gündəm 10:39 / 12.02.2021

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq  qərara alıram:

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar müəllim”

Adıgözəlova Vəfa Alman qızı
Ağayeva Validə Eldar qızı
Bağırova Rəfiqə Məzahir qızı
Əhmədova Lalə Yaşar qızı
Heydərov Nemət Əliməmməd oğlu
Xəlilov Rəhim Həsən oğlu
İbrahimli Arif Məmmədqulu oğlu
Qurbanov Oqtay Hüseyn oğlu


"Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Bağırov Soltan Sədrəddin oğlu
Cəfərov Qəmbər Məhərrəm oğlu
Əliyev İlqar Səfəralı oğlu
Məcidov Nazim Böyük-Ağa oğlu
Rüstəmov Bəxtiyar Əyyub oğlu.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2021-ci il.

52005 oxunub

InvestAZ