XƏBƏR LENTİ
28 Yanvar 2021
27 Yanvar 2021
26 Yanvar 2021
23 Yanvar 2021
22 Yanvar 2021
21 Yanvar 2021
20 Yanvar 2021



Yaponlar Olimpiya Oyunlarının keçirilməsinə etiraz edirlər
Olimpiya oyunları 10:16 / 12.01.2021
Yaponlar ölkələrində keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunlarına kəskin reaksiya bildiriblər. Buna səbəb isə Yaponiyanın Tokio, Kanaqava, Saytama və Çiba prefekturalarında koronavirus infeksiyası ilə bağlı tədbiq olunan yeni qadağalardır. Kyodo təşkilatının keçirdiyi telefon sorğusu nəticəsində əhalinn 80 faizi 2021-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının ləğv olunması və ya təxirə salınmasını istəyiblər. Sorğuda iştirak edən 35,3 faiz insan oyunların ləğv olunmasına səs veriblər. 44,8 faiz insan isə Olimpiya Oyunlarının yenidən təxirə salınmasının leyhinə olduqlarını bildiriblər.

Xatırladaq ki, Olimpiadanın 2020-ci il iyul-avqust aylarında Tokioda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bütün dünyada yayılan COVİD-19 pandemiyası səbəbi ilə təxirə salındı. Bildirək ki, bir müddət əvvəl Beynəlxalq Olimpiya Komitəsi (BOK) və oyunların təşkilat komitəsi Olimpiya Oyunların 2021-ci ildə nəzərdə tutulan vaxtda keçiriləcəyini əminliyini bildirmişdi.

1174 oxunub

InvestAZ