XƏBƏR LENTİ
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



Mik Şumaher: “Atamdan başqa heç vaxt dünyanın ən böyük yarışçısını görməmişəm”
İdman 17:00 / 24.11.2020

"Ferrari”nin piloti Mik Şumaher Formula 1-də yeddi dəfə titul qazanan atası Mixaelin məsləhətlərindən nadir hallarda istifadə etdiyini deyib.

"Əlbəttə, mən ataım verdiyi bir və ya iki məsləhətdən istifadə edirəm. Lakin hər bir halda biz fərqli insanlarıq və kiçik siniflərdə fərqli təcrübələrimiz olub. İndiki dövrdə tam başqa çür pilotluq etmək lazımdır. Formula 2-nin avtomobili 780 kq ağırlığındadır. Atamın vaxtında isə bu 500 kq idi. Hər halda bir ya iki oxşarlıq var.

Formula 1-də atamın nailiyyətləri qeyri-adi olub. Mən bunu hər keçən gün daha yaxşı anlayıram. Mənim doğumumdan bir il sonra o, ardıcıl qazandığı beş dünya çempionatından birincisini qazandı.

Amma düzünü desəm, atamdan başqa heç vaxt dünyanın ən böyük yarışçısını görməmişəm. O, ilk növbədə sadəcə mənim atamdır”, - deyə M.Şumaer bildirib.


31150 oxunub

InvestAZ