XƏBƏR LENTİ
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



“Federasiya kuboku” uğrunda keçirilən yarışın qalibləri müəyyənləşdi
İdman 11:30 / 26.11.2019

Gənclər və İdman Nazirliyinin (GİN), Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Tovuz Olimpiya İdman Kompleksində keçirilən "Federasiya kuboku” uğrunda yarışın qalibləri müəyyənləşib. Yeniyetmələr arasında keçirilən komanda yarışında Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Zaqatala, Mingəçevir, Şəmkir, Masallı, İsmayıllı, Qusar, Qəbələ, Şamaxı, Lənkəran, Ağsu və digər bölgələrin cüdoçuları medallar uğrunda mübarizə aparıblar. Yekunda Bakı şəhərini təmsil edən idmançılar bütün rəqiblərinə qalib gələrək birinci yeri tutublar. Sumqayıt cüdoçuları gümüş, "Şimal-Qərb” komandası isə bürünc medal qazanıblar.
Qaliblərə kubok və medallar, Azərbaycan Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunub.

40414 oxunub

InvestAZ