XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Kişi voleybolçular arasında Yüksək Liqada növbəti turun proqramı açıqlanıb
İdman 10:31 / 16.01.2025
Sabah kişi voleybolçular arasında Yüksək Liqada VI turun oyunlarına start veriləcək.
Yanvarın 17-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan turun ilk oyununda MOİK - "Murov Az Terminal”la qarşılaşacaq. Oyun saat 16:00-da başlayacaq. Günün ikinci matçında  isə "Azərreyl" və "Neftçi" komandaları üz-üzə gələcək. GİN-in Voleybol Mərkəzində keçirilən oyuna saat 18:00-da start veriləcək. 
Turun ikinci oyun günündə isə meydana "Xilasedici" və "Gənclər" komandaları çıxacaq.
Saat 16:00-da başlayacaq qarşılaşma FHN-nin idman zalında təşkil olunacaq.


10126 oxunub

InvestAZ