XƏBƏR LENTİ
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



Həsrət Cəfərov: "Daha yaxşı hazırlaşıb növbəti olimpiadalarda çempion olmağa çalışacağam"
İdman 09:36 / 13.08.2024

"Vətənə medalla qayıtdığım üçün sevincliyəm”.

Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə yarışlarında bürünc medal qazanan Həsrət Cəfərov (67 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O, üçüncü yeri tutmasının Allahın qisməti olduğunu bildirib: "Təəssüf ki, qızıl medal qazana bilmədim. Belə məsləhət imiş. Şükürlər olsun ki, medalsız qalmadım. Daha yaxşı hazırlaşıb növbəti olimpiadalarda çempion olmağa çalışacağam”.

Güləşçilərin ümumi çıxışını dəyərləndirən idmançı pəhləvanlarımızın Oyunlarayaxşı başlamadığınıvurğulayıb:

"Bu da komanda yoldaşlarıma mənfi təsir etdi. Yunan-Roma güləşində yeganə medalı son gündə mən qazandım. Olimpiya Oyunları ən nüfuzlu yarış sayılır. Amma şəxsən məndə heç bir stress olmadı”.

Qeyd edək ki, Həsrət Cəfərov Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarışlarda komandamıza bürünc medal qazandırıb.



23281 oxunub

InvestAZ